Sayrışan işıqla sürülən maşın saxlanıldı və.. - 44-BF-001 - VİDEO

44-BF-001 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsinə sayrışan işıqlar, digər əlavə avadanlıqlar quraşdırması və bu şəkildə idarə etməsi ilə bağlı görüntü sosial şəbəkələrdə yayılıb.
Paylaşımla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu Avtosfer.az-ın sorğusunu cavablayıb. Bildirilib ki, iyunun 24-də Masallı rayon sakini İldırım Məmmədov idarə etdiyi "Ford" markalı minik avtomobili ilə köhnə Ələt-Astara avtomobil yolunun Təzə Alvadı kəndindən keçən hissəsində qəza törədib. Hadisə zamanı xəsarət alan olmasa da, digər nəqliyyat vasitəsinin yan güzgüsünün qırılıb. Lakin qəzaya səbəb olan sürücü hadisə yerindən yayınıb. Yol-nəqliyyat hadisəsiylə bağlı toplanmış material ərazi üzrə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən aidiyyəti üzrə Masallı Rayon Polis Şöbəsinə göndərilib. Şöbəyə dəvət edilən sürücü barəsində törətdiyi əmələ müvafiq olaraq protokol tərtib edilib. Sözügedən nəqliyyat vasitəsinə baxış keçirilib, sayrışan işıq və ya digər hər hansı əlavə avadanlıq aşkar edilməyib.
Nərmin
Toy karvanında "avtoşluq" edib təhlükə yaradan sürücü həbs edildi - VİDEO
Əks yola çıxıb şütüyən sürücü yolda su “şou”su yaratdı - 77-EC-100 - VİDEO
Başı telefona qarışan sürücü hərəkətə mane oldu - 77-YU-026 - VİDEO
Mopedi qeydiyyatdan keçirməyən sürücülər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA
Son anda səhv zolaqda olduğunu görən sürücü qəza şəraiti yaratdı - VİDEO
Sükan arxasında siqaret çəkən sürücü kötüyünü yola atdı - 77-GJ-660 - VİDEO
Müğənni Tacirin oğlu qaydalara riayət etməyəcəyinə "and içib" - VİDEO
Qayda pozub təhlükə yaradır, üstəlik səhvi boynundan atır - VİDEO
Qaydalardan bixəbər sürücü motosikletçini təhlükəyə atdı - 01-TT-011 - VİDEO
Maşınları heçə sayıb iki zolağın ortasıyla sürdü - 77-VR-065 - VİDEO
Maşında bu dəyişiklikləri edənlər 500 manat cərimə ediləcək – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO








