Səki boş qalıb, piyadalar isə yolun ortası ilə hərəkət edir - VİDEO

Xırdalanda piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi ilə bağlı görüntü qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə piyadalar üçün nəzərdə tutulmuş səki olan ərazidə baş verib.
Müşahidə olunan vəziyyət ondan ibarətdir ki, piyadalar təhlükəsiz hərəkət imkanı olan səki ilə getmək əvəzinə, avtomobillər üçün nəzərdə tutulmuş yolda hərəkət ediblər. Qeydə alınmış videoda da açıq şəkildə görünür ki, yolun sağ kənarında rahat keçid üçün səki mövcuddur. Lakin bəzi vətəndaşlar bu imkanlardan istifadə etməyərək yolun hərəkət hissəsində yeriməklə öz həyatlarını riskə atıblar və eyni zamanda sürücülərin hərəkətinə maneə yaradıblar.
Yol hərəkəti qaydalarına əsasən, piyadalar onlar üçün müəyyən edilmiş səkilərdən və keçidlərdən istifadə etməlidir. Əks halda, bu cür qayda pozuntularına görə inzibati cərimə nəzərdə tutulur.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












