Səkini parkinqə çevirən sürücülər piyadaların həyatını təhlükəyə atırlar - VİDEO

Bakıda sürücülərin kütləvi şəkildə qayda pozuntularını oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə martın 1-də, paytaxtın 22-ci dağlıq küçəsində ("Yeganə" şadlıq sarayının yaxınlığında) qeydə alınıb.
Belə ki, 99-RF-457 qeydiyyat nişanlı "Daewoo" markalı, 77-QG-280 qeydiyyat nişanlı "Ford" markalı, 77-HM-243 qeydiyyat nişanlı "Toyota" markalı, 77-KU-450 qeydiyyat nişanlı "Nissan" markalı və digər nəqliyyat vasitələrinin sürücüləri səkidə parklanma edərək ərazini zəbt ediblər. Piyadalar məcburi şəkildə yolun hərəkət hissəsi ilə getməli olurlar ki, bu da onların həyatı üçün təhlükə yaradır.
Oxucu bildirir ki, məsələ ilə bağlı dəfələrlə müraciət etsək də, sürücülər öz əməllərindən əl çəkmirlər.
Sözügedən videonu təqdim edirik.
Könül Rauf
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












