Sərnişin dolu avtobusda məsuliyyətsizlik: Sürücü telefondan əl çəkmədi - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan avtobus sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 10-da saat 08:50 radələrində qeydə alınıb. Belə ki, 10-OL-441 dövlət nömrə nişanlı “Mercedes” markalı avtobusun sürücüsü hərəkətdə olarkən sükan arxasında mobil telefondan istifadə edib.
Görüntülərdən məlum olur ki, sürücü nəqliyyat vasitəsini idarə etdiyi anda diqqətini yoldan yayındıraraq telefonla məşğul olub. Bu cür davranış isə həm avtobusda olan sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atır.
Qeyd edək ki, nəqliyyat vasitəsini idarə edən zaman mobil telefondan istifadə diqqətin yayınmasına səbəb olan əsas amillərdən biri hesab olunur. Yol hərəkəti qaydalarına əsasən, sürücünün sükan arxasında telefondan istifadə etməsi inzibati məsuliyyət yaradır.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












