Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi - FOTOLAR

Polşanın cənubunda sərnişin avtobusu idarə edən 63 yaşlı Azərbaycan vətəndaşı sükan arxasında pivə içdiyi üçün saxlanılıb və 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Avtosfer.az xəbər verir ki, hadisə Katovitse ilə Zabrze arasında hərəkət edən 23 nömrəli avtobusda qeydə alınıb.
Polisin məlumatına görə, bazar günü saat 22:00-dan sonra başqa bir sürücü avtobusun təhlükəli şəkildə hərəkət etdiyini görərək polisə məlumat verib. Həmin şəxs avtobusu izləyərək, onun hərəkət istiqaməti barədə polisə məlumat ötürüb.
Avtobus Ruda Şlaska şəhərində saxlanılıb. 63 yaşlı sürücünün spirtli içki testi zamanı qanında 2,75 promil alkoqol aşkarlanıb. Bu göstərici Polşada sürücülər üçün icazə verilən 0,2 promillik həddən təxminən 14 dəfə çoxdur.
Məlumata görə, sürücü işə saat 14:00 radələrində başlayıb və avtobusu idarə etdiyi müddətdə sərnişinlərin gözü qarşısında ardıcıl olaraq pivə qutuları açaraq içib.
Sürücü ayıldıqdan sonra işi sürətləndirilmiş prosedurla məhkəməyə göndərilib. Ruda Şlaska Rayon Məhkəməsi ona 6 ay həbs cəzası verib və 6 il müddətinə avtomobil idarə etmək hüququndan məhrum edib.
Sürücüyə hər biri 10 min zlotı olmaqla ümumilikdə 20 min zlotı (təxminən 4 700 avro) ödəniş etmək tapşırılıb. Məbləğin bir hissəsi Qurbanlara Yardım və Həbsxanadan Sonrakı Yardım Fonduna, digər hissəsi isə Dövlət Xəzinədarlığına ödəniləcək.
Polis hazırda sürücünün etibarlı sürücülük vəsiqəsi ilə avtomobil idarə edib-etmədiyini də araşdırır. Həmçinin onun Polşada altı ay daimi yaşadıqdan sonra xarici sürücülük vəsiqəsini Polşa sənədi ilə əvəzləmək tələbinə əməl edib-etmədiyi yoxlanılır.



Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












