Sərxoş halda polisə yaxalanan sürücü ŞOU GÖSTƏRDİ - Vəsiqəsi əlindən alındı, 26 min cərimələndi – VİDEO

Yol polisinin əməliyyat keçirdiyini görən sərxoş sürücü avtomobilini park edərək özünü piyada kimi göstərsə də cəzadan qaça bilməyib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Bursa Nəqliyyata Nəzarət Şöbə Müdirliyi əməkdaşları şəhərin Hacı İlyas məhəlləsindəki Kıbrıs Şehitleri küçəsində keçirdiyi reyd zamanı 16-BRD-833 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün maşını 100 metr kənarda park etdiyini və piyada halda spirtli içkilərin olduğu bir məkana daxil olduğunu görüblər. Vəziyyəti anlayan polis əməkdaşları bir müddət sürücünün çölə çıxmasını gözləyib. Sonra məkan sahibi tərəfindən polisə təhvil verilən şəxs sürücülük və şəxsiyyət vəsiqəsini onlara göstərməyib. Lakin şəxsiyyətini müəyyən etmək üçün polis bölməsinə aparılacağını eşidəndə sürücülük vəsiqəsini əməkdaşlara verən Uğurhan G. alkotesterə üfürürmüş kimi 4 dəfə cəhd edib. Onun bu hərəkətləri inspektoru özündən çıxarıb və ondan maşınının açarları istənilib. Ancaq Uğurhan G. qaçıb və inspektor arxadan “Qaçdığın üçün tədbir görməyəcəyik?", “Sürücülük vəsiqən məndədir, qaç” - deyə səslənib. Bundan sonra o, geri dönüb və “qaçmıram, qardaş” deyə, cavab verib.
Yekunda Uğurhan G.-nin sürücülük vəsiqəsi 2 il müddətinə əlindən alınıb, avtomobili isə cərimə dayanacağına aparılıb. Bundan əlavə, ona 26 min 557 lirə cərimə də kəsilib.
Namiq Musayev
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












