Siqareti yerə atanları polis cərimələyəcək - Fərman verildi

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə tətbiq edcək orqan müəyyənləşib. Avtosfer.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir. Bunu nəzərdə tutan maddə İnzibati Xətalar Məcəlləsinə 2018-ci il 2 noyabr tarixli qanunla əlavə edilib. Fərmana əsasən isə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxacaq.
Fərmana əsasən, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən müvafiq dəyişikliyə görə, bu sahədə inzibati xətalar haqqında işlərə daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, polis sahə rəisləri baxacaq.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












