Skuter sürücüləri maşınların üzərinə sürüb həyatlarını təhlükəyə atdılar - VİDEO

Son illər Bakıda elektrik skuterlərin sayı sürətlə artmaqdadır. Bu nəqliyyat vasitələri şəhər içində çevik və praktik hərəkət imkanı yaratsa da, eyni zamanda bir sıra ciddi təhlükələrə də yol açır. Təəssüf ki, skuterdən istifadə edən şəxslər arasında yol hərəkəti qaydalarına əməl etməyənlər də az deyil. Sürücülərin bir hissəsi düşünür ki, bu nəqliyyat vasitəsi ilə yolda istədikləri kimi hərəkət edə bilərlər. Bu isə həm onların özləri, həm də digər yol iştirakçıları üçün real təhlükə yaradır.
Növbəti qayda pozan skuter sürücüləri paytaxtın Mehdi Hüseyn küçəsində müşahidə olunub. Avtosfer.az-a daxil olan videogörüntüdə üç skuter sürücüsünün kobud qayda pozuntusu etdiyi açıq-aydın görünür. Belə ki, onlar yolun əksi istiqamətində axına qarşı sürətlə hərəkət ediblər.
Görüntünü qeydə alan avtomobilin sürücüsü təhlükənin qarşısını almaq üçün vaxtında reaksiya verərək digər zolağa keçməyə məcbur olub.
Qeyd edək ki, elektrik skuter istifadəçiləri də digər yol hərəkəti iştirakçıları ilə eyni məsuliyyəti daşıdıqlarını unutmamalı və qanunlara riayət etməlidirlər.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












