Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB

Əldə etdiyimiz məlumata görə “Hyundai” markalı 77-RV-387 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə polis əməkdaşları tərəfindən inzibati protokol tərtib olunub.
*** 08 may, 10:00
Paytaxtda bəzi sürücülərin avtomobilləri təşkil olunmamış və piyadaların hərəkətinə mane olacaq şəkildə saxlaması narazılığa səbəb olur.
Avtosfer.az xəbər verir ki, “Hyundai” markalı 77-RV-387 nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyadaların istifadə etdiyi hissədə park edib. Nəticədə, piyadaların sərbəst hərəkəti çətinləşib.
Şikayətçi bildirib ki, uşaq arabası ilə hərəkət etdiyi üçün həmin ərazidən keçməkdə ciddi çətinlik yaşayıb. Onun sözlərinə görə, avtomobilin düzgün park edilməməsi piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir ki, bu da təhlükə yaradır.
Sosial şəbəkələrdə yayılan görüntülər də istifadəçilər tərəfindən narazılıqla qarşılanıb. Vətəndaşlar sürücüləri piyadaların hüquqlarına hörmət etməyə və avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamağa çağırıblar.
Qeyd edək ki, piyadaların hərəkətinə mane olacaq şəkildə park edilən avtomobillər həm inzibati məsuliyyət yaradır, həm də yol hərəkəti təhlükəsizliyinə ciddi risk hesab olunur.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












