Sürücü avtomobili ilə iki maşınlıq yeri tutdu – Kütləvi narazılıq yaratdı - VİDEO

Paytaxtın Mir Cəlal küçəsi 34 ünvanında parklanma qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “WhatsApp” xəttinə göndərərək məlumat verib. Kadrlardan görünür ki, 77-BU-774 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini parklanma yerində düzgün yerləşdirməyib. Nəticədə avtomobil iki yer tutaraq digər sürücülərin park etməsinə maneə yaradıb.
Şikayətçinin sözlərinə görə, sürücü ərazidə olmayıb və avtomobil uzun müddət həmin vəziyyətdə saxlanılıb.
İzləyici bildirib ki, bu vəziyyət digər sürücülər üçün də çətinlik yaradır. Belə ki, avtomobillər parklanma yerinə tam yerləşmədiyindən onların ön hissəsi adacığın üzərinə çıxır və nəticədə sürücülər cərimə olunurlar.
Qeyd edək ki, parklanma zamanı avtomobili xətlərə uyğun şəkildə saxlamaq təkcə qayda tələbi deyil, həm də digər hərəkət iştirakçılarına hörmət göstəricisidir. Bir sürücünün məsuliyyətsiz davranışı bəzən onlarla insanın vaxt itkisi və əlavə çətinliklə üzləşməsi ilə nəticələnir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












