Sürücü maşını pandusun önündə saxlayıb getdi – 10-ZY-810 - FOTO

Paytaxtın Binəqədi rayonunda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissə avtomobil tərəfindən tutulub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Adil Məmmədov küçəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, 10-ZY-810 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil səkidən eniş hissəsinin qarşısında park edilib. Nəticədə piyadaların, xüsusilə uşaq arabası ilə hərəkət edən şəxslərin və fiziki məhdudiyyətli vətəndaşların yolu bağlanıb. Digər tərəfdən sürücü avtomobili arakəsmədən 15 metr məsafədə saxlamalı olduğunun da fərqində deyil.
Görüntülərdən aydın olur ki, nəqliyyat vasitəsi məhz pandusun qarşısını kəsib. Bu cür ərazilər hərəkəti məhdud vətəndaşların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulur.
Sakinlər bildirir ki, bu cür park etmə halları tez-tez təkrarlanır və ərazidə piyadaların hərəkətinə ciddi çətinlik yaradır. Onların sözlərinə görə, sürücülər piyada infrastrukturunu nəzərə almadan avtomobillərini saxlayırlar.
Qeyd edək ki, qaydalara əsasən piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrin tutulması inzibati məsuliyyət yaradır.
Səfər
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












