Sürücü qeybdən gələn səsə görə qayda pozdu

Əslində bu daha çox sosial və əxlaqi xarakterli məsələdir. Azərbaycanda yol polisi qayda pozan, xüsusən də sürət həddini aşan sürücüləri saxladıqda əksəriyyətin bəhanələri oxşar olur: xəstəm var, filan qohumum can üstündədir, geciksəm işdən çıxaracaqlar.
Avtosfer.az xəbər verir ki, yol polisi adlı strukturun mövcud olmadığı Avropada da, intizamsız sürücülərin oxşar bəhanələri var. Köhnə qitədə də bizdəki kimi vaxtaşırı olaraq “xəstəxanaya tələsən” sürücülərə rast gəlinir.
Lakin bu günlərdə lüksemburqlu jandarmların saxladığı sürücünün arqumenti ümumiyyətlə qeyri-adi olub. 130 km/saat sürət limiti olan yolda 220 km/saat sürətlə radara düşən sürücünü motosiklet briqadası saxlayıb. Sürücünün “əsaslandırması” belə olub: “120 ilə gedirdim. Qeybdən bir səs mənə dedi ki, bura Formula-1 trasıdır. Aşağı sürət təhlükəlidir. Mən də bu səsə qulaq asıb qaza basdım”.
Əlbəttə ki, polis sürücüyə “vəhy gəldiyinə” inanmayıb. Bahalı avtomobil cərimə meydançasına yerləşdirilib, sürücünün vəsiqəsi alınıb. İndi qərarı məhkəmə və psixoloq verəcək.
Vüqar Yaşaroğlu
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












