Sürücülərin etdiyi bu səhv dayanma-durma qaydasının pozulmasıdır: CƏRİMƏSİ VAR - VİDEO

Dayanma-durma qaydasını pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə anbaan təhlükəsizlik kamerasına düşüb. Belə ki, "Fiat Doblo" markalı avtomobilin sürücüsü parklanma edərək ərazidən uzaqlaşır. Bu zaman avtomobil öz-özünə hərəkət edərək maneəyə çırpılıb.
"Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsində qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini duracağa qoyduqda mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalıdır. Eyni zamanda nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər.
Qeyd edək ki, bu qayda pozuntusunu törədən sürücülər 20 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












