Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO

Paytaxtın Babək prospektində təhlükəli anlar yaşanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.
Görüntülərdən məlum olur ki, hərəkətdə olan “BYD” markalı avtomobilin sürücüsü siqareti çəkib qurtardıqdan sonra közərmiş siqaret kötüyünü avtomobildən yolun hərəkət hissəsinə atıb. Həmin an kötük arxadan hərəkətdə olan motosiklet sürücüsünün üzərinə düşüb.
Xoşbəxtlikdən motosikletçi qoruyucu dəbilqədən istifadə etdiyindən hadisə xəsarətlə nəticələnməyib. Bundan sonra o, avtomobilə yaxınlaşaraq sürücünün bu hərəkətinə iradını bildirib.
Qeyd edək ki, nəqliyyat vasitəsindən yola siqaret kötüyü və digər əşyaların atılması digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada, həmçinin yol-nəqliyyat hadisəsinə səbəb ola bilər. Bu cür hərəkətlərə yol verən sürücülər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət daşıyırlar.
Nərmin
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












