Taksi dayanacağını zəbt edən sürücü mübahisə də etdi - VİDEO

Paytaxtın “Memar Əcəmi” metrosunun yaxınlığında dayanma qaydalarını pozan sürücülər qeydə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə video göndərərək məlumat verib. Hadisənin iyunun 30-da səhər saatlarında baş verdiyi bildirilir.
Kadrlardan görünür ki, 10-LG-505 dövlət nömrə nişanlı “Mercedes” markalı və 99-FD-891 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini taksi dayanacağı nişanının təsir zonasında saxlayıblar. Nəticədə əraziyə gələn taksi sürücüsü dayanacağa tam şəkildə daxil ola bilməyib.
Şikayətçinin sözlərinə görə, o, sürücülərdən birinə yaxınlaşaraq qayda pozuntusu ilə bağlı iradını bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. İzləyicinin iddiasına əsasən, mübahisədən sonra sözügedən sürücü maşını dayanacaqda saxlayaraq ərazidən kənarlaşıb.
Qeyd edək ki, taksi dayanacaqlarında digər nəqliyyat vasitələrinin dayanması və ya parklanması həmin ərazidən istifadə edən sürücülər üçün maneə yaradır, həmçinin sərnişinlərin minib-düşməsi zamanı əlavə təhlükə formalaşdırır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












