Vağzalın qarşısında xaos: sürücülər maşınını necə gəldi saxlayır - FOTO

Xırdalanda dəmir yolu vağzalının qarşısında hər səhər eyni mənzərə təkrarlanır. Ərazi nəqliyyat sıxlığı və nizamsız parklanma səbəbindən faktiki olaraq keçilməz hala düşür.
Avtosfer.az xəbər verir ki, bir çox sürücü avtomobilini birbaşa vağzalın girişinə qədər sürərək sərnişinləri məhz orada düşürməyə çalışır. Halbuki, təxminən 50–100 metr aralıda dayanaraq sərnişinləri rahat şəkildə düşürmək mümkündür. Bu davranış isə vağzalın ətradında süni sıxlıq yaradır və təhlükəsizliyi ciddi şəkildə pozur.
Məsələnin daha narahatedici tərəfi ondan ibarətdir ki, Xırdalan şəhərində bir çox ərazidə səkilərin olmaması səbəbindən piyadalar məcburən avtomobillərin hərəkət etdiyi yoldan istifadə edirlər. Nəticədə vağzalın qarşısında piyadalarla avtomobillər arasında təhlükəli vəziyyət yaranır, bəzi hallarda isə maşınlar az qala piyadaların üzərinə sürülür.
Sakinlərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur və xüsusilə səhər saatlarında, insanların işə və dərsə tələsdiyi vaxtlarda vəziyyət daha da gərginləşir.
Mövcud vəziyyət həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına, həm də piyadaların həyat və sağlamlığı üçün real təhlükənin yaranmasına səbəb olur.
Eltac Zülfüqaroğlu

Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












