Velosiped zolağını "bazara" çevirən sürücülər: Biri yemək daşıyır, o biri əks yola çıxır - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın mərkəzi küçə və prospektlərində velosipedlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaqlar təşkil edilib. Bu addım şəhər nəqliyyatında alternativ və ekoloji təmiz nəqliyyat vasitələrinin rolunu artırmaq, həmçinin velosiped sürücülərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Lakin təəssüf ki, yeni yaradılan bu zolaqlardan düzgün istifadə olunmaması halları tez-tez müşahidə edilir. Avtosfer.az xəbər verir ki, 28 May küçəsində lentə alınmış görüntülər bu problemin aktuallığını bir daha ortaya qoyur.
Videoda həm velosiped, həm də moped sürücüsünün qayda pozuntusu törətdiyi açıq şəkildə görünür. Belə ki, "Wolt" çatdırılma şirkətinə məxsus moped sürücüsü velosiped zolağında hərəkət edərək qaydanı pozub.
Digər tərəfdən isə, görüntülərdə bir velosiped sürücüsünün əks istiqamətdə hərəkət etdiyi və digər zolaqdakı velosipedçi ilə söhbət edə-edə zolaqla irəlilədiyi müşahidə olunur. Bu cür davranışlar həm yol hərəkəti təhlükəsizliyi baxımından təhlükə yaradır, həm də digər velosipedçilərin rahat və təhlükəsiz hərəkətinə mane olur.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, velosiped zolaqlarında yalnız velosipedlərin hərəkətinə icazə verilir. Digər nəqliyyat vasitələrinin, xüsusilə moped, motosikletlər və avtomobillərin bu zolaqlarda hərəkəti qəti qadağandır. Həmçinin, velosiped sürücüləri yalnız oxla göstərilmiş istiqamətdə və bir cərgə üzrə hərəkət etməlidirlər.
Fərid
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO












