Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı - VİDEO - YENİLƏNİB

Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında yolun zəbt olunması və ərazidə qanunsuz tikinti iddiası ilə bağlı polis açıqlama verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Xətai Rayon Polis İdarəsinə vətəndaşların şikayətləri daxil olub.
Qeyd olunub ki, müraciət üzrə aidiyyəti qurumlarla birgə araşdırma aparılır./oxu.az
***
Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.
Sakinlərin sözlərinə görə, ərazidə aparılan işlər onların gündəlik hərəkətinə ciddi maneə yaradır.
"Qanunsuz olaraq gəlib yolları zəbt edirlər. Məktəbə uşaqları apara bilmirik. Hər iki məktəbin yolu bağlanır, metroya gedən yollar da tutulur. Bütün qurumlara müraciət etmişik, amma heç kim gəlmir. Deyir ki, 16 mərtəbəli bina tikəcək. Hətta bildirir ki, "şükür edin ki, sizə iki metr yol verirəm", - deyə sakinlərdən biri bildirib.
Digər şikayətçi isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalara diqqət çəkib.
"İcra hakimiyyətindən gələn nümayəndə deyib ki, biz icazə verməmişik. Amma axı ilkin sənədlər icra hakimiyyətindən alınır. Necə olur ki, icazə verilməyib, amma tikinti aparılır? Deyirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti icazə verib. Bəs həmin qurum gəlib baxmalı deyilmi ki, bu tikinti maneə yaradır, ya yox? Uşaqları səhər məktəbə aparmaqda çətinlik çəkirik", - deyə o qeyd edib.
Özünü ərazidə fəaliyyət göstərən "İnam 2019" MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov bildirib ki, sözügedən ərazidə yeni bina tikintisi deyil, köhnə kafenin bərpası nəzərdə tutulub. Onun sözlərinə görə, aparılan işlər çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mühafizə zolağı yaradılır.
Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən bildirilib ki, tikintiyə icazə verən qurum onlar deyil. Qeyd olunub ki, torpaq üzərində hər hansı tikinti aparmaq üçün müvafiq qurumların razılığı tələb olunur və torpağın çıxarışı olsa belə, tikinti mütləq şəkildə razılaşdırılmalıdır.
Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi özəl mülkiyyətdir və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyəti yoxdur.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Bildirilib ki, həmin ünvanda yalnız ərazinin hasarlanmasına cəhd olunub. Sakinlərin narazılığı əsasında yerli icra hakimiyyəti tərəfindən hasarlama işlərinin qarşısı alınıb. Hazırda ərazidə hər hansı tikinti-quraşdırma işləri aparılmır.
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO












