Banner

Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO

Qaydalar 12 Noyabr 2026 10:30
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
WhatsApp kanalımıza abunə olun

Svetoforun yaşıl işığının yanması sürücüyə hərəkət etməyə icazə versə də, bu, hər bir halda yolayrıcına daxil olmaq hüququ vermir. Əgər sürücü qarşıdakı sıxlıq səbəbindən yolayrıcını tam tərk edə bilməyəcəksə, həmin sahəyə daxil olmamalıdır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu barədə danışarkən bildirib ki, sürücülər arasında yolayrıcında hərəkətlə bağlı bəzi yanlış təsəvvürlər mövcuddur.

Ekspertin sözlərinə görə, yolayrıcında sarı tor nişanlanmasının olması bu qaydanın tətbiqi üçün mütləq şərt deyil. Belə ki, sarı torun əsas funksiyası yolayrıcının sərhədlərini vizual olaraq müəyyənləşdirməkdir. Lakin həmin nişanlanmanın olmadığı yerlərdə də yolayrıcını tərk etmək imkanı yoxdursa, ora daxil olmaq qayda pozuntusu hesab edilir.

Rüfət Əmiraslanov qeyd edib ki, svetoforun yaşıl işığı yansa belə, sürücü qarşısındakı nəqliyyat sıxlığını nəzərə almalı və yolayrıcında digər nəqliyyat vasitələrinin hərəkətinə mane olacaq vəziyyət yaratmamalıdır.

Bu qaydanın pozulmasına görə sürücünü 100 manat məbləğində cərimə və 3 cərimə balı gözləyə bilər.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/yasil-isiqda-hereket-eden-surucu-hansi-halda-qaydani-pozmus-sayilir-228756

 

 

Oxunub : 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh