Yaşıl işıqda hərəkət etsəniz belə cəriməsi var: Piyadaların bilmədiyi incəlik

Təcili çağırışa gedən nəqliyyat vasitələrinin hərəkəti zamanı digər yol hərəkəti iştirakçılarının düzgün davranışı təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Belə hallarda sürücülər kimi piyadaların da üzərinə öhdəliklər düşür. Çünki xüsusi tapşırıqla hərəkət edən avtomobili gecikdirmək və ya onun qarşısına çıxmaq ciddi təhlükə yarada bilər.
Avtosfer.az xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda piyadalar yolun hərəkət hissəsini keçməməlidirlər.
Əgər piyada həmin anda artıq piyada keçidindədirsə, xüsusi səs və sayrışan işıq siqnalı qoşmuş nəqliyyat vasitəsinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdır.
Yəni belə avtomobil yaxınlaşarkən piyadanın keçiddə olması ona üstünlük vermir. Əsas məqsəd xüsusi siqnalla hərəkət edən nəqliyyat vasitəsinin maneəsiz və təhlükəsiz keçidini təmin etməkdir.
Bu səbəbdən qırmızı və ya göy sayrışan işıqla yanaşı xüsusi səs siqnalı da qoşulmuş avtomobil görən piyadalar yolun hərəkət hissəsinə daxil olmamalı, artıq yoldadırlarsa, mümkün qədər tez və təhlükəsiz şəkildə hərəkət hissəsini tərk etməlidirlər.
Qaydaya əməl etmək həm təcili xidmət avtomobilinin vaxtında hadisə yerinə çatmasına, həm də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına kömək edir.
Bu qaydaya əməl etməyən piyadalar İnzibati Xətalar Məcəlləsinin 338.1.3-cü maddəsilə iyirmi manat məbləğində cərimə oluna bilər.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












