Yol cəriməsini gecikdirənlər üçün vacib AÇIQLAMA

Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə maliyyə yükü yaradır. Qanunvericiliyə əsasən, müəyyən edilmiş müddətdə ödənilməyən cərimələrə görə müxtəlif sanksiyalar tətbiq oluna bilər. Lakin bu məsələ birmənalı qarşılanmır.
Xüsusilə də bəzi vətəndaşlar cərimələrin qanunsuz və ya mübahisəli olduğunu iddia etdikdə sual yaranır: inzibati xəta üzrə tətbiq olunan cərimə kredit və ya kommersiya borcu olmadığı halda, onun üzərinə əlavə faiz və ya maliyyə sanksiyasının hesablanması hüquqi və ədalətli yanaşma sayıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bu məsələdə bir nüans var:

"Cəriməni 5 gün ərzində ödəsəniz, 10 faiz güzəşt tətbiq olunur. Bir ay ərzində ödəsəniz, məbləğ dəyişmir. Bir aydan sonra isə müəyyən faiz hesablanır və onun da limiti var, yəni bu, limitsiz deyil. Normal və ədalətli sistemdir. Dövlət vətəndaşa bir ay vaxt verir ki, cəriməni ödəsin. Hətta ilk 5 gün ərzində ödəyənlərə 10 faiz güzəşt tətbiq olunur. Yəni bir növ vətəndaşa təşəkkür edilir və cərimə məbləği azaldılır. Bu, normal və ədalətli yanaşmadır. Bir tərəfdən vətəndaşları qayda pozuntularından çəkindirməyə çalışır, digər tərəfdən isə cəriməni vaxtında ödəyənləri təşviq edir. Eyni zamanda ödəniş üçün bir aylıq möhlət də verilir. O ki qaldı cərimənin ədalətsiz olması məsələsinə, bunun üçün vətəndaşın hüquqi müdafiə imkanları var. Vətəndaş məhkəməyə müraciət edib qərardan şikayət verə bilər. Bu baxımdan mövcud mexanizmi normal, ədalətli və işlək sistem hesab edirəm".
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO












