“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO

Paytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 77-JX-230 dövlət nömrə nişanlı “Hyundai” markalı yük maşınının sürücüsü yol ver nişanına əhəmiyyət vermədən hərəkət edib. Nəticədə o, baş yoldan gələn motosikletin yolunu kəsərək qəza şəraiti yaradıb. Xoşbəxtlikdən moto sürücü vaxtında dayanaraq qəzadan son anda yayınıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, yolayrıcında “Yol ver” nişanı varsa, sürücü mütləq baş yoldan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Bu tələbə əməl edilməməsi, xüsusilə intensiv hərəkətin olduğu yolayrıclarında, bir neçə saniyə ərzində ağır qəza ilə nəticələnə bilər.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












