Yol vermədi, qəza şəraiti yaratdı, hələ bir etiraz da etdi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək məlumat verib. Hadisə avqustun 5-də saat 18:55 radələrində baş verib.
Belə ki, 99-UZ-471 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü ikinci dərəcəli yoldan baş yola çıxarkən hərəkətdə olan nəqliyyat vasitəsinə üstünlük verməyərək yoluna davam edib. Nəticədə o, görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb.
Xoşbəxtlikdən təhlükəylə üzləşən avtomobilin sürücüsü vaxtında sola manevr edərək qəzanın baş verməsinə imkan verməyib.
Şikayətçinin sözlərinə görə, qayda pozuntusuna yol verən sürücü hadisədən sonra səhvini başa düşmək əvəzinə, əl-qol hərəkətləri ilə özünə haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, ikinci dərəcəli yoldan baş yola çıxan sürücü baş yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməyə borcludur.
Nərmin
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO












