Yüksək sürətlə zolaq dəyişən yük maşını qəza şəraiti yaratdı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın hadisə iyunun 5-də saat 10:41 radələrində qeydə alınıb. Bu barədə sürücülük təlimçisi Arzu Babazadə saytımızın “WhatsApp” ünvanına videomaterial göndərərək məlumat verib.
Belə ki, 99-JU-064 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü əvvəlcə qismən təhlükəsizlik adacığını, daha sonra isə bütöv xəttin tələbini pozaraq sağ zolağa qəfil manevr etdiyi görünür.
Təlimçinin sözlərinə görə, sürücü onun dönmə işığını yandırmasına və avtomobilini həmin zolağa yönəltməsinə məhəl qoymadan yüksək sürətlə hərəkətini davam etdirib. Xoşbəxtlikdən təlimçi operativ reaksiya verərək nəqliyyat vasitəsini vaxtında saxlayıb və baş verə biləcək qəzanın qarşısını alıb.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












