171 saylı avtobus avtomobilə çırpıldı: 1 yaralı – VİDEO

Bakının Bilgəh qəsəbəsində qəza zamanı xəsarət alan "Mercedes"in sürücüsü aviasiya əməkdaşı olub. Avtosfer.az-ın "Report"a istinadən məlumata görə, 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir. Hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
***23:25
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub. Nəticədə "Mercedes"in 1994-cü il təvəllüdlü sürücüsü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb. Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












