Banner

Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə

Qəzalar 29 Noyabr 2026 15:48
Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə
WhatsApp kanalımıza abunə olun

Rumıniyanın Teleorman qraflığının Qratsiya yaşayış məntəqəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə TVR telekanalı yerli fövqəladə hallar müfəttişliyinə istinadən məlumat yayıb.

Qəza noyabrın 28-i səhər saatlarında DJ 611 yolunda baş verib. Şri-Lanka vətəndaşlarının olduğu avtomobil körpünün dayağına çırpılıb və aşıb.

Xəsarət alan 5 nəfər xəstəxanalara çatdırılıb, onlardan 2-si huşsuz vəziyyətdədir və çoxsaylı travmalar alıb. Daha bir nəfərə yerində tibbi yardım göstərilib, o, xəstəxanaya getməkdən imtina edib.

Qəzanın təfərrüatları araşdırılır.

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh