18 yaşlı yeniyetmənin öldüyü "Baku City Karting" yenidən fəaliyyətə başladı - FOTO - VİDEO

"Baku City Karting" əyləncə mərkəzində bu il yanvarın 1-də baş vermiş qəza nəticəsində dünyasını dəyişmiş 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin yaxınları mərkəzin yenidən fəaliyyətə başlamasından narazıdırlar.
Avtosfer.az xəbər verir ki, Mərhumun yaxını Rüstəm Nəbizadə "Unikal"a müraciətində bildirib ki, hadisədən sonra obyektin fəaliyyəti dayandırılsa da, hazırda mərkəz yenidən fəaliyyətə başlamış və kommersiya xidmətlərini aktiv şəkildə təqdim edir.
"Hazırda texniki ekspertiza aparılır və hadisənin başvermə mexanizmi, təhlükəsizlik prosedurları və istismar şəraiti tam müəyyən edilməmişdir. Hadisə zamanı istifadə olunmuş avadanlıqlarla bağlı əlavə vəsatətlər təqdim edilmiş və qəbul olunmuşdur.
Zərərçəkmiş tərəf olaraq hesab edirik ki, istintaq davam etdiyi və texniki səbəblər tam müəyyən edilmədiyi halda obyektin fəaliyyətinin bərpa olunması ictimai təhlükəsizlik baxımından ciddi suallar doğurur". - deyə zərərçəkmiş tərəfin nümayəndəsi bildirib.
R.Nəbizadənin sözlərinə görə, bu gün şəxsən həmin kartinq obyektində olub və xidmətlərdən istifadə edib:
"Bu gün sözügedən kartinq obyektinin sosial şəbəkələrdə qeyd olunan əlaqə nömrəsinə zəng etdim. Telefonda obyektin fəaliyyət göstərdiyi və xidmətlərin təqdim olunduğu bildirildi. Bundan sonra şəxsən obyektə getdim və xidmətlərindən istifadə etdim. Obyektin faktiki olaraq fəaliyyət göstərdiyinə əmin oldum".
Zərərçəkmiş tərəf bildirir ki, rəhbərlikdən prokurorluq tərəfindən fəaliyyətin bərpası ilə bağlı hər hansı yazılı icazənin mövcud olmadığı bildirilib:
"Daha sonra rəhbərliklə maraqlandım və obyektin fəaliyyətinin hansı əsasla bərpa edildiyini soruşdum. Xüsusilə, istintaqın davam etdiyi şəraitdə prokurorluq tərəfindən yazılı icazənin olub-olmadığını soruşdum. Obyektin direktoru Hikmət Civazadə ilə söhbət zamanı mənə bildirildi ki, prokurorluq tərəfindən fəaliyyətin bərpası ilə bağlı hər hansı yazılı icazə mövcud deyil".


Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO












