67 yaşlı qadını maşın vurub - Zaqatalada

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 127-ci kilometrliyində, rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun 1995-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Hüseynzadə Mehman Məzahir oğlu idarə etdiyi “VAZ-2103” markalı minik avtomobili ilə yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Abdullayeva Hürü Məmmədvəli qızını vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qaın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən “Report”a bildirilib ki, H.Abdullayevaya oturaq sümüklərinin və hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra yaralının müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi qərara alınıb. Bu, sözügedən ərazidə son iki həftə ərzində ikinci piyada vurulması hadisəsidir. Noyabr ayının 14-ü axşam saatlarında da eyni ərazidə yolu keçən rayonun 22 yaşlı Yuxarı Tala kənd sakini Həmzəyeva Məryəm Nəriman qızını Şabanov Oruc Abdulməcid oğlunun idarə etdiyi “Naz-Lifan” markalı avtomobil vurmuşdu. Faktla bağlı araşdırma aparılır.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO










