Abşeronda "Mercedes"lə toqquşan "BYD" aşdı - VİDEO

Abşeron rayonunun Məmmədli qəsəbəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qəza nəticəsində avtomobillərdən birinin aşdığı bildirilib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi fevralın 16-da saat 14:00-da Məmmədli-Digah yolunda, "Yanardağ" Turizm Kompleksinin qarşısında qeydə alınıb.
"2006-cı il təvəllüdlü Yusif Səbuhi oğlu Zərbəliyevin idarə etdiyi BYD markalı 99-MQ-702 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1968-ci il təvəllüdlü Seyfəddin Miri oğlu Abbasovun idarə etdiyi "Mercedes" markalı, 50-BY-124 dövlət nömrə nişanlı avtomobili toqquşub.
Nəticədə BYD markalı avtomobil kanala düşüb, sürücüsü isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












