Astarada avtomobil aşdı: xəsarət alanlar var

Astara rayonunda ağır yol-nəliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Pəlikeş kəndi ərazisində qeydə alınıb. Belə ki, Pəlikeş kənd sakini, 1999-cu il təvəllüdlü Elməddin Təvəkkülzadə idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və maşını çökəkliyə aşırıb. Hadisə nəticəsində E.Təvəkkülzadə və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Aynurə Şabanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. E.Təvəkkülzadə qapalı kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib. A.Şabanovaya isə sağ bazu sümüyunün aşağı hissəsinin yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub. Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir. Faktla bağlı araşdırma aparılır.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO










