Astarada qəza zamanı maşın yandı: 3 yaralı

Astara rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Lənkəran-Şahağacı-Astara yolunun Şahağacı kəndi ərazisindən keçən hissəsində qeydə lınıb. 1995-ci il təvəllüdlü Astara şəhər sakini Şərbətzadə Fərid Fəqan oğlunun idarə etdiyi "Mercedes" markalı "10-RS-688" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini divara vurub. Bundan sonra maşında yanğın baş verib. Avtomobil yanıb. Nəticədə sürücü və daha iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Vəziyyəti daha ağır olan sürücü, həmçinin sərnişinlərdən biri - 1995-ci il təvəllüdlü Rəsulov Ələkbər Fərhad oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












