Avtomobil 6 yaşlı uşağı vurub - Zaqatalada

Zaqatala rayonunda 6 yaşlı uşağı maşın vurub. Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin “Report”un Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə axşam saatlarında Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala sakini Elçin adlı şəxs idarə etdiyi “Qaz-69” markalı minik maşını ilə Yuxarı Çardaqlar kəndi istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə nənəsi ilə hərəkət edən Çobankol kənd sakini, 2012-ci il təvəllüdlü Amin Sərxan oğlu Kərimovu vurub. A.Kərimov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan “Report”a bildirlib ki, travmatik şok vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən A.Kərimova ağır kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












