Avtomobil ağaca çırpılaraq yandı: sürücü xəsarət alıb

Qax rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Qorağan-Qax avtomobil yolunun 10-cu kilometrliyində, rayonun Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qax rayounun Marsan kənd sakini, 1957-ci il təvəllüdlü Şahid Məmməd oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı, 34 BG 067 dövlət qeydiyyat nişanlı avtomobillə Qax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı qoz ağacına çırpılıb. Zərbənin gücündən avtomobil yanmağa başlayıb. Nəticədə avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. 61 yaşlı sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












