Avtomobil icra hakimiyyətinin hasarına çırpıldı: 3 nəfər xəsarət alıb - Zaqatalada

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu gün səhər saatlarında rayonun Car kənd sakini 1953-cü il təvəllüdlü Abdulla Nəcməddin oğlu Ömərov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə rayonun Car kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını düzgün seçmədiyindən avtomobili Zaqatala Rayon İcra Hakimiyyəti aparatının inzibati binasının giriş qapısının kənarındakı daş hasara çırpıb. Qəzadan sonra sürücüsü A.Ömərov və avtomobildə sərnişinləri - Car kənd sakinləri 1968-ci il Leyla Əhməd qızı Əliyeva və 2010-cu il təvəllüdlü Məhəmməd Xəlil oğlu Ömərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan bildirlib ki, yaralılardan 8 yaşlı M.Ömərov qapalı kəllə-beyn travması xəsarəti ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirlib. Digər yaralıların müalicəsi Cərrahiyyə şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












