Azərbaycanlılar Rusiyada qəzaya düşdülər

Rusiyanın Sravropol bölgəsində mikroavtobus minik avtomobili ilə toqquşub. Hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı regionun polis idarəsi məlumat yayıb. “Noyabrın 16-da “Ford Mondeo” markalı avtomobil Stavropoldan Rostov istiqamətində hərəkətdə olarkən naməlum səbəblərdən “Mercedes Vito” markalı mikroavtobusun yoluna çıxıb və nəticədə, qəza baş verib”, - məlumatda bildirilib. Aldığı xəsarətlərdən minik avtomobilinin qadın sərnişini hadisə yerində ölüb. Həmin avtomobilin sürücüsü və digə sərnişini, eləcə də, mikroavtobusda olan altı nəfər yaralı halda xəstəxanaya yerləşdiriliblər. “Mercedes” markalı mikroavtobusdakı sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












