Bakı-Sumqayıt yolunda 5 avtomobil toqquşdu - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yanvarın 14-də saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolunda qəzanın baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan üç nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar".
***12:41
Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada xəsarət alanlar var.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, müxtəlif markalı beş avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO












