Bakı-Sumqayıt yolunda qəza: yol polisinin oğlu ölüb – VİDEO

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb. Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub. Faktla bağlı araşdırma aparılır.
****09.19
Bakı-Sumqayıt magistralında avtomobil qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb. Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində yolda tıxac yaranıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












