Bakıda daha bir avtobus qəzası, xeyli yaralı var

Bakıda marşrut avtobusu qəza törədib. Avtosfer.az-ın open.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Nardaran qəsəbə sakini Elçin Quliyevin idarə etdiyi "Saipa" markalı, 99 GE 186 dövlət qeydiyyat nişanlı avtomobil, Maştağa qəsəbə sakini Hüseynəli Quliyevin idarə etdiyi "İsuzu" markalı 90 RU 295 nömrəli dövlət qeydiyyat nişanlı, 168 saylı xətt üzrə fəaliyyət göstərən marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində marşrutun sürücüsü və avtobusda olan sərnişinlər - 1991-ci il təvəllüdlü Fatma Hafizova, 1987-ci il təvəllüdlü Çinarə Aslanova, minik avtomobilin sürücüsü və maşınla olan sərnişinlər - 1976-cı il təvəllüdlü Xuraman Rzayeva, 2009-cü il təvəllüdlü Elxan Aslanzadə, qardaşı - 1991-ci il təvəllüdlü Allahverdi Aslanzadə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












