Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Hadisə "Toyota Prius" markalı minik avtomobili ilə 184 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.
Ağdamda AĞIR QƏZA: ÖLƏN var - FOTO
184 nömrəli xətt avtobuslarının sahibi olan "General Auto Company" MMC-nin hüquqşünası Asif Rüstəmov faktı təsdiqləyib. Onun sözlərinə görə, qəza ötən gün saat 9 radələrində baş verib.
Hüquqşünas bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
"Hadisənin baş verməsində hər iki sürücünün səhvi var. Avtobus iriqabaritli olduğuna görə kənar sol zolaqdan dönmə etmə imkanına malik deyil, lakin buna baxmayaraq, sürücü arxadan gələn nəqliyyat vasitəsini gözləməli idi. Arxadan gələn "Toyota Prius" isə avtobusun dönmə işığına fikir verməyərək yoluna davam etməyə çalışıb. Nəticədə minik avtomobili avtobusun bamperinə çırpılıb. Hadisədən sonra sürücü ofisə dəvət olunub və ondan izahat alınıb", - deyə A.Rüstəmov qeyd edib.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












