Bakıda süpürgəçi faciəsi davam edir: 12-ci süpürgəçi də dünyasını dəyişib

Yol-nəqliyyat hadisəsi nəticəsində növbəti daha bir süpürgəçi qadın dünyasını dəyişib. Hadisə Sumqayıt şəhəri ərazisində baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik.az-a Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, insident dekabrın 21-də şəhərin Heydər Əliyev prospektində yaşanıb.
"VAZ-2104" markalı avtomobil küçədən keçən piyadanı - 54 yaşlı Bayramova Xeyransa Seyran qızını vurub. Qadının aldığı travma ölümcül olub və o, hadisə yerindəcə dünyasını dəyişib.
Daha sonra məlum olub ki, Bayramova Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin işçisidir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, X. Bayramova cari il ərzində Bakı və Abşeron ərazisində xidməti vəzifəsini yerinə yetirərkən həlak olan 12-ci süpürgəçidir. Bundan əvvəlki ölüm halı dekabrın 13-də "Koroğlu" metro stansiyası yaxınlığında qeydə alınıb.
Həmin vaxt 173 saylı "Daewoo" markalı avtobus 58 yaşlı süpürgəçi Əliyeva Hürü Cəlal qızını vurmuşdu. Qadını təcili 3 saylı kliniki tibbi mərkəzə aparsalar da, həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












