Bakıda taksi sürücüsü qəza törətdi: dörd sərnişin yaralandı - FOTO - VİDEO

Səhər saat 04:30 radələrində paytaxtın “Nobel” prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, “Toyota” markalı, 10 VA 309 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolkənarı səkiyə çırpıb.
Qəza zamanı avtomobildə olan dörd nəfər - 1992-ci il təvəllüdlü Hüseynov Şahin Akif oğlu, 1982-ci il təvəllüdlü Əsədov Rasim Nemətoğlu, 1980-ci il təvəllüdlü Cəfərov Zaur Tahir oğlu və 1988-ci il təvəllüdlü Əliyev Firudin Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.
Hazırda vəziyyətləri qənaətbəxşdir.
Qeyd olunur ki, sürücü taksi fəaliyyəti ilə məşğuldur və maşında olan dörd nəfər sərnişin olub. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















