Bakıda üç maşın bir-birinə girdi, təhlükəsizlik kamerası qırıldı - FOTO

Paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları ilə Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində zəncirvari qəza baş verib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərib. Hadisə iyulun 6-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın “Nissan” markalı avtomobilə o isə öz növbəsində dayanmış “Mitsubishi” markalı nəqliyyat vasitəsinə çırpılıb. İzləyicinin sözlərinə görə qəzaya səbəb ara məsafəsinin düzgün təyin edilməməsi olub. Nəticədə hər üç avtomobilə maddi ziyan dəyib. Eyni zamanda “Mercedes” ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər” kamerasına dəyərək onu yararsız hala salıb.
Qeyd edək ki, izləyici sözügedən ərazidə işıqforun olmaması, sürücülərin növbələrini gözləmədən hərəkət etməsi səbəbindən təhlükəli vəziyyətin və qəzaların tez-tez baş verdiyini bildirib. Eyni zamanda o, sürücülərin keçiddən keçən piyadalara da məhəl qoymadıqlarını əlavə edib.
Nərmin


Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB














