Balakəndə avtomobil qəzası baş verib, xəsarət alan var

Balakəndə baş verən avtomobil qəzasında bir nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün Yexlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayonu Qazma kənd sakini, 1968-ci il təvəllüdlü Nüsrət Camal oğlu Zohorov idarəetdiyi “Opel Astra” markalı, 08-BX-667 dövlət nömrə nişanlı minik avtomobillə Balakəndən Zaqatala rayonu istiqamətində hərəkət edərkən, eyni istiqamətdə hərəkdə olan, Balakən rayonu Hənifə kənd sakini 1972-ci il təvəllüdlü Qəşəm Abakar oğlu Paxirovun idarəetdyi “VAZ 21099” markalı 08-BG-764 dövlət nömrə nişanlı avtomobili arxadan vurub. Hadisə nəticəsində “VAZ 21099” markalı avtomobilin sərnişini, Balakən rayonu Qabaqçöl qəsəbə sakini, 1970-ci il təvəllüdlü Nərminə Ramazan qızı Zöhrəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər N.Zöhrəyevanın vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












