Balakəndə yol qəzası: 2 yaralı

Balakəndə baş verən yol qəzasında biri ağır olmaqla, iki nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə səhər saatlarında Balakən şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Səməd Hacımağam oğlu Çöpçüyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən gözlənilmədən yola çıxan atı vurub. Qəza zamanı sürücü S. Çöpçüyev və avtomobildə olan sərnişin - rayonun Qaysa kənd sakini Ramazan Məhəmməd oğlu Oynağanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan bildirlib ki, yaralılardan R. Oynağanovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirlib. R. Oynağanova qapalı kəllə-beyin travması, baş beyin əziyi və burun sümüklərinin aşaq sınığı diaqnozu qoyulub. S. Çöpçüyevin xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












