Balakəndə yol qəzası olub, xəsarət alanlar var

Balakən rayonunda yol qəzası olub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə oktyabrın 22-dən 23-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Tülü kənd sakini, 1991-ci il təvəllüdlü Rəşad Kamil oğlu Layıcov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən Poçtbinə kənd inzibati ərazisindən axan çayın üzərindəki körpüyə çatan zaman idarəetməni itirib. Nəticədə maşın hündürlükdən çaya düşüb. Qəza zamanı sürücü R. Layıcov, avtomobildə olan sərnişinlər - Balakən şəhər sakinləri, 1989-cu il təvəllüdlü Nəsimi Füzuli oğlu Omarov, 1978-ci il təvəllüdlü Xanım Əsəd qızı Balacayeva və Məlahət Əli qızı Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirilib ki, yaralılardan R.Layıcov və X.Balacayevanın xəsarətləri ağır olduğundan müalicələri Reanimasiya şöbəsində aparılır. N.Omarovun müalicəsi Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir. M.Sadıqovanın xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












