Baş həkimin müavini: “Yaralı turistlər bu gün evə buraxılmayacaq”

Bu gün saat 08 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb. Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının malicə işləri üzrə müavini Mirnazir Muxtarov modern.az-a açıqlamasında deyib ki, yaralıların vəziyyəti ağırdır və onlar bu gün evə buraxılmayacaq. “Xəstəxanaya yerləşdirilən yaralıların yaxınları dərhal xəbəri eşidən kimi xəstəxanaya gəlib. Ümumilikdə 15 nəfər yaralı daxil olmuşdu. Onlardan 8 nəfərini evə buraxdıq. Ağır yaralı olan xəstələrdən bir nəfər dünyasını dəyişib. Vəziyyəti orta ağır olan 6 yaralının isə heç biri bu gün evə buraxılmayacaq”. Ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Rzayeva Raisanın həyatını xilas etməm mümkün olmayıb. Onun qızı İllona isə təcili əməliyyat edilməsi üçün bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib. Həkimlər İllona Rzayevanın onurğasının qırıldığını və təcili əməliyyat olunmalı olduğunu bildiriblər. Bildirilir ki, "Mercedes" markalı mikroavtobusun "Shacman" markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən hüseynovla, avtobusda olan başqa qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.
*****
Bu gün saat 8 radələrində Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxslərdən birinin adı məlum olub. “Mercedes” markalı mikroavtobusun "Shacman" markalı yük maşını ilə toqquşması nəticəsində mikroavtobusu idarə edən Rövşən adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Avtobusda olan qadın sərnişinlərdən biri isə xəstəxanaya çatdırılarkən keçinib. Bildirilir ki, qəzaya düşənlər turist olub və Bakıdan Qubaya istirahətə gedirmiş. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
Kənar Dairəvi yolda təkəri çıxan yük maşını aşdı - VİDEO
Ağır qəza: “Opel” və “KIA” toqquşdu, bir nəfər yaralandı - VİDEO
Dünən yol qəzasında öldü; bu gün doğum günüdür - FOTO
Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - FOTO - VİDEO
Tovuzda maşın su kanalına düşdü - Ölənlər var - FOTO
Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
Şirvanda “Opel” yol kənarına aşdı, sürücü xəsarət aldı - VİDEO
Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi - ANBAAN VİDEO
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO










