Betonqarışdıran maşın iki avtomobili əzdi - VİDEO

Gəncə-Toğana avtomobil yolunun Hacıkənd qəsəbəsi ərazisində keçən hissəsində ağır tonnajlı yük maşını qəzaya uğrayıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Kəlbəcər sakini Əsgər Muradzadə betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən anidən idarəetməni itirib.
Nəqliyyat vasitəsi əvvəlcə Caməddin İbrahimovun sükanı arxasında olduğu “VAZ 2107”, daha sonra isə Tural Atayevin idarə etdiyi “VAZ 2106” ilə toqquşub. Nəticədə, hər iki avtomobilə xeyli ziyan dəyib.
“VAZ 2107”nin sürücüsü Caməddin İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, sözügedən yolda qəza zamanı hava dumanlı olduğundan avtomobillərin hərəkətində müəyyən çətinliklər meydana çıxıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












