Çayına düşən avtobusda 15 nəfərin olduğu təsdiqlənib

Çinin Çunçin şəhəri ərazisində oktyabrın 28-də körpüdən Yantzı çayına düşmüş avtobusun içərisində sürücü ilə birlikdə 15 nəfərin olduğu təsdiqlənib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, körpüdə hərəkət edərkən avtomobil ilə toqquşduqdan sonra çaya düşən avtobusun və onun içərisində olanların axtarışları bir sutkadan çoxdur davam edir. Hidrolokator texnologiyası vasitəsilə avtobusun körpüdən 28 metr aralıda, 71 metr dərinlikdə olduğu müəyyən edilib. Hadisədən dərhal sonra 2 nəfərin cəsədi çaydan tapılmışdı. Hazırda digərlərinin axtarışları davam edir. Axtarış işlərinə min nəfər xilasedici, o cümlədən dalğıclar, 48 xilasedici gəmi və qayıq cəlb olunub. Bundan başqa, mütəxəssislər avtobusu suyun dibindən çıxartmaq üçün plan hazırlayırlar.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












