Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşdı: 4 əsgər ölüb – SİYAHI

Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib. Hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib. Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını yolun 39-cu km-də aşıb. Nəticədə 4 əsgər ölüb. Bunlar 1998-ci ildə anadan olmuş Ayrapet Nairyan, 1998-ci il təvəllüdlü Qrant Qasparyan, 1998-ci ildə anadan olmuş Edqar Unanyan və 1998-ci il təvəllüdlü David Melkonyandır. Onların hamısı 2017-ci ildə hərbi xidmətə çağırılanlardır. Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələlik məlum deyil.
***
Ermənistan ordusuna məxsus avtomobilin qəzaya uğraması nəticəsində yaralanan əsgərlərin sayı məlum olub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan “Facebook” səhifəsində yazıb ki, avtomobildəki 21 hərbçinin 19-u maşının yük yerində olub. Hadisə nəticəsində 4 əsgər ölüb. 8 əsgər isə yaralanıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












