DYP maşını “Qış parkın”a girdi: ağır yaralanan var - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az bakupost-a istinadən məlumatına görə, Füzuli küçəsi 53 ünvanında (Heydər Əliyev adına Respublika Sarayının yanı) 99 YP 361 dövlət nömrə nişanlı Dövlət Yol Polisi maşını ilə taxsi kimi istifadə olunan "Opel Zafira” markalı avtomobil toqquşub. Nəticədə "Opel” maşını alovlanıb, DYP avtomobili isə Qış Parkına girib. Qəza zamanı polis əməkdaşı ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir. "Opel Zafira” maşınının sürücüsünə gəlincə, o, yüngül xəsarətlə qurtulub. Hər iki avtomobil yararsız hala düşüb. Əraziyə xeyli sayda YPX əməkdaşı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım maşını gəlib. Taksi sürücüsü bildirib ki, qəzaya səbəb polis maşınının qırmızı işıqda keçməsidir. Polisdən isə hadisənin belə olmadığı, polis maşınının hərəkətsiz dayandığı vaxtda "Opel”in sürətlə gələrək ona çırpıldığı bildirilir. Videonu saytımıza yaxınlıqda yaşayan binanın sakinləri göndərib. Çəkiliş aparan şəxslər hadisə yerindən bir qədər uzaqda olduğu üçün polis maşını kadrlarda görünmür. Parkın ərazisinə daxil olan polis avtomobilinin görünməsinə ağaclar mane olub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












